17 mart 2026. Çərşənbə axşamı

Yevlax “İdman Paytaxtı” seçildi


  • Offside
  • 16:11 17.03.2026
  • Oxunma sayı: 18
Yevlax “İdman Paytaxtı” seçildi

Gənclər və İdman Nazirliyinin 17 mart tarixində keçirilən Kollegiya iclasında 2027-ci il üçün “İdman Paytaxtı” müəyyənləşdirilib.

90deqiqe.Az xəbər verir ki, namizəd şəhərlərin təqdimatlarının dinlənilməsindən sonra keçirilən səsverməyə əsasən, Yevlax şəhəri növbəti il üçün bu statusa layiq görülüb.

“İdman Paytaxtı” layihəsi çərçivəsində il ərzində seçilmiş şəhərdə müxtəlif idman tədbirlərinin, yarışların və kütləvi idman aksiyalarının təşkili planlaşdırılır.







Offside