17 mart 2026. Çərşənbə axşamı

Azərbaycan millisi Bakıda Ukraynaya uduzdu


  • Offside
  • 21:10 17.03.2026
  • Oxunma sayı: 29
Azərbaycan millisi Bakıda Ukraynaya uduzdu

Azərbaycan qadın basketbolçulardan ibarət millisi AVRO-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Bakıda Ukrayna yığması ilə üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan qarşılaşma qonaq komandanın üstünlüyü şəraitində keçib.

Görüş Ukrayna millisinin 73:55 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə bundan əvvəl keçirdiyi oyunlarda da uğursuz nəticələrə imza atıb. Komanda Bolqarıstana 48:141 və 40:120, Monteneqroya 62:104 və 35:94, Ukraynaya isə 34:98 hesabı ilə məğlub olub.







Offside