3 iyul 2026. Cümə

Yüksək Liqada son tura start verildi


  • Offside
  • 21:33 17.03.2026
  • Oxunma sayı: 285
Yüksək Liqada son tura start verildi

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün sonuncu turuna start verilib.

90deqiqe.Az xəbər verir ki,  kişilərin yarışında XVIII turun iki qarşılaşması baş tutub. “Neftçi” komandası “Gənclər” üzərində inamlı qələbə qazanaraq rəqibini 3:0 hesabı ilə məğlub edib. Digər oyunda isə “Ordu” kollektivi gərgin keçən qarşılaşmada “Murov Az Terminal”ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, hər iki görüş Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında keçirilib.

Qadınların mübarizəsində isə “Turan” doğma meydanda “Murov Az Terminal”ı qəbul edib. Tovuz Olimpiya İdman Kompleksində təşkil olunan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.







Offside

"Bu, mənim son Uimbledonum idi"
  • Offside
  • 22:58 02.07.2026
"Bu, mənim son Uimbledonum idi"