17 mart 2026. Çərşənbə axşamı

Bakıda Anatoli Banişevskinin xatirəsinə turnir keçiriləcək


  • Offside
  • 22:00 17.03.2026
  • Oxunma sayı: 40
Bakıda Anatoli Banişevskinin xatirəsinə turnir keçiriləcək

“Neftçi” PFK və Moskva “Dinamo”sunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi, unudulmaz “9 nömrə”miz Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş “Bakı Kuboku” beynəlxalq turniri təşkil olunacaq.

90deqiqe.Az xəbər verir ki, 2015-ci ilə qədər təvəllüdlü futbolçular arasında keçiriləcək turnir martın 19-dan 21-dək “Palms Sports” Futbol Mərkəzində baş tutacaq.

“Neftçi” “B” qrupunda “Dinamo” (Voronej, Rusiya), “Göztepe” (Türkiyə) və “Qarabağ”la mübarizə aparacaq. “A” qrupunda isə “Dinamo” (Moskva, Rusiya), “Beşiktaş” (Türkiyə), “Kayrat” (Qazaxıstan) və “Ulduz” komandaları yarışacaqlar.

“Neftçi” martın 19-da “Dinamo” (Voronej) və “Qarabağ”, 20-də isə “Göztepe” ilə qarşılaşacaq.

Martın 20-də “A” qrupunun qalibi “B” qrupunun 2-cisi ilə, “B” qrupunun qalibi isə “A” qrupunun 2-cisi ilə üz-üzə gələcək. Qruplarda 3-cü və 4-cü yeri tutanlar da eyni qaydada yarışacaqlar.

“Bakı Kuboku” beynəlxalq turnirinin sonuncu günü – martın 21-də isə 7-ci, 5-ci, 3-cü yerlər uğrunda oyunlar və final matçı keçiriləcək. Həlledici görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, "Bakı Kuboku" beynəlxalq turnirinin bütün oyunları "Neftçi" TV vasitəsilə canlı yayımlanacaq.







Offside