18 mart 2026. Çərşənbə

İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib


  • Offside
  • 16:23 18.03.2026
  • Oxunma sayı: 35
İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

90deqiqe.Az xəbər verir ki, iclas nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutub, gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Nazirliyin Kollegiya qərarına əsasən, parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib.

Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının çempionu olmaqla yanaşı, dünya və ikiqat Avropa çempionudur. Sabir Zeynalov da Paris-2024 Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə edib.







Offside