18 mart 2026. Çərşənbə

MOK-un Atletlər Komissiyası gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirib


  • Offside
  • 16:44 18.03.2026
  • Oxunma sayı: 50
MOK-un Atletlər Komissiyası gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirib

Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının 2026-cı il üzrə ilk iclası keçirilib.

MOK-dan 90deqiqe.Az-a bildirilib ki, iclasın gündəliyində duran əsas məsələlər ötən dövr ərzində həyata keçirilmiş layihələrin hesabatı və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Görüşdə, həmçinin komissiya üzvləri öz təkliflərini irəli sürüblər. Atletlər Komissiyasının əsas məqsədi idmançıların maraqlarını qorumaq, onların hüquqlarını müdafiə etmək və idmançılarla Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynamaqdır.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvləri kimi fəaliyyət göstərirlər.







Offside