18 mart 2026. Çərşənbə

Cüdo üzrə yeniyetmə qızlarla antidopinq mövzusunda maarifləndirici görüş keçirilib -


  • Offside
  • 16:50 18.03.2026
  • Oxunma sayı: 39
Cüdo üzrə yeniyetmə qızlarla antidopinq mövzusunda maarifləndirici görüş keçirilib  -

Cüdo üzrə yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri ilə maarifləndirici görüş keçirilib.

90deqiqe.Az xəbər verir ki, görüşdə Beynəlxalq Cüdo Federasiyasının antidopinq üzrə koordinatoru Andrea Ember və məlumat təhlükəsizliyi üzrə ekspert Tamas Vass iştirak ediblər.

Tədbirin əsas məqsədi gənc idmançıların antidopinq qaydaları, ədalətli oyun prinsipləri və təmiz idmanın əhəmiyyəti barədə məlumatlandırılması olub. Andrea Ember çıxışında vurğulayıb ki, idmanda uğurun əsasında yalnız fiziki hazırlıq deyil, eyni zamanda, dürüstlük və məsuliyyət dayanır. O bildirib ki, dopinqdən uzaq durmaq hər bir idmançının şəxsi məsuliyyətidir və bu istiqamətdə erkən yaşlardan düzgün biliklərin formalaşdırılması böyük əhəmiyyət daşıyır. Ember, həmçinin qeyd edib ki, beynəlxalq səviyyədə tətbiq olunan antidopinq qaydalarına riayət etmək idmançıların karyerasını qorumaq və inkişaf etdirmək üçün vacibdir.

Görüş zamanı idmançılar antidopinq prosedurları, qadağan olunmuş maddələr və test prosesi ilə bağlı ətraflı məlumat əldə edib, onları maraqlandıran suallara cavab tapıblar.







Offside