- Offside
- 21:09 18.03.2026
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun daha üç oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, kişilərin yarışında “Azərreyl” “Xilasedici” ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qadınların mübarizəsində isə iki oyun baş tutub. “Azərreyl” “Gənclər” üzərində inamlı qələbə qazanıb – 3:0. “DH Volley” isə “Milli Aviasiya Akademiyası”nı 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ötən oyun günündə kişilərin yarışında “Neftçi” “Gənclər”i 3:0, “Ordu” isə “Murov Az Terminal”ı 3:2 hesabı ilə üstələyib. Qadınların mübarizəsində “Turan Tovuz” “Murov Az Terminal”dan güclü olub – 3:1.