19 mart 2026. Cümə axşamı

ACF daha 25 klub və idman təşkilatına 5 illik lisenziya təqdim edib


  • Offside
  • 20:27 18.03.2026
  • Oxunma sayı: 27
ACF daha 25 klub və idman təşkilatına 5 illik lisenziya təqdim edib

Martın 18-də Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən daha 25 klub və idman təşkilatına beş il müddətinə lisenziya təqdim edilib.

90deqiqe.Az-ın məlumatına görə, sözügedən qurumlar tələb olunan sənədləri müəyyən olunmuş qaydalara uyğun şəkildə təqdim edib və müvafiq meyarlar əsasında seçimdən keçiblər.

Təqdimat mərasimində ACF-in idman direktoru və baş katibin müavini Kamran Talıbov lisenziyalaşdırma prosesinin mahiyyəti və əhəmiyyəti, eləcə də klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, bundan əvvəl ACF tərəfindən 202 klub və idman təşkilatına lisenziya təqdim olunub.







Offside