19 mart 2026. Cümə axşamı

Fərid Qayıbov beynəlxalq tədbirlərdə iştirak edən gənclərlə görüşüb


  • Offside
  • 21:09 18.03.2026
  • Oxunma sayı: 28
Fərid Qayıbov beynəlxalq tədbirlərdə iştirak edən gənclərlə görüşüb

Martın 18-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.

90deqiqe.Az-ın məlumatına görə, nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparıb. Yaponiya, Türkiyə, ABŞ, Danimarka, Yunanıstan, Vyetnam, İsveçrə və Koreyada keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlər, beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər.

Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gəncləri təbrik edib, fəaliyyətlərinin davamlılığını arzulayıb.







Offside