- Offside
- 00:15 19.03.2026
Minifutbol üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, iki oyunun nəticəsinə əsasən “Birbaşa Bakı” və “Zirə” komandaları finala vəsiqə qazanıblar.
Əzəli rəqiblərin iştirakı ilə keçiriləcək həyəcanlı final qarşılaşması aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda baş tutacaq. Üçüncü yer uğrunda isə “Sumqayıt” və “Aznur” komandaları üz-üzə gələcək.