19 mart 2026. Cümə axşamı

“Böyük İpək Yolu” öncəsi toplanış start götürür


  • Offside
  • 13:45 19.03.2026
  • Oxunma sayı: 17
“Böyük İpək Yolu” öncəsi toplanış start götürür

Martın 20-də Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək idmançı qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar.

Məşqlər Bakıda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Böyük İpək Yolu” yarışı aprelin 2-7-də keçiriləcək.







Offside