19 mart 2026. Cümə axşamı

“Neftçi” liderliyini qorudu, “Lənkəran” oyuna çıxmadı


  • Offside
  • 17:15 19.03.2026
  • Oxunma sayı: 34
“Neftçi” liderliyini qorudu, “Lənkəran” oyuna çıxmadı

Futzal üzrə Yüksək Liqada XV turun növbəti oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ilk matçında “Baku Fire” “Şuşa” üzərində inamlı qələbə qazanıb. Qarşılaşma 8:4 hesabı ilə başa çatıb.

Turun mərkəzi görüşündə isə “Neftçi” İK “Araz-Naxçıvan”ı məğlub edib – 4:2.

Tur çərçivəsində keçirilməli olan “Lənkəran” – U-19 oyunu baş tutmayıb. Buna səbəb Lənkəran təmsilçisinin təyin olunmuş vaxtda meydana çıxmaması olub. Qarşılaşmanın nəticəsi ilə bağlı qərarı AFFA İntizam Komitəsi verəcək.

Hazırda turnir cədvəlinə 40 xalla “Neftçi” İK başçılıq edir. “Araz-Naxçıvan” 37 xalla ikinci, “Baku Fire” 29 xalla üçüncü pillədə qərarlaşıb. “Şuşa”nın aktivində 18 xal var. U-19 komandası 6 xalla beşinci, “Lənkəran” isə xalsız sonuncudur.







Offside