- Offside
- 23:46 19.03.2026
Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) ilə Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı əsasında tələbələr üçün avarçəkmə üzrə master-klass keçirilib.
90deqiqe.Az xəbər verir ki, İdman akademiyasının tələbələri əvvəlcə Bakı Avarçəkmə və Kanoe İdman klubunun bazası ilə tanış olublar.
Onlara bazada olan akademik, kayak, kanoe, sahil avarçəkməsi və draqon qayıqları barədə məlumat verilib. Daha sonra həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda avar çəkmək qaydaları öyrədilib. Master-klass keçirildikdən sonra tələbələr Xəzər dənizində avarçəkmə idman növündə özlərini sınayıblar.
Tədbirin təşkil olunmasında məqsəd su idman növlərinə marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin tələbələrin fiziki hazırlığının praktiki bacarıqlarla möhkəmləndirilməsidir.