- Offside
- 23:46 19.03.2026
"Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haland şahmata investisiya qoyduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, ulduz futbolçu vəsaitləri Norveç Şahmatına (2013-cü ildən bəri Stavangerdə keçirilən illik beynəlxalq şahmat turniri) və yeni formatda təşkil olunacaq Total Dünya Şahmat Çempionatına yatıracaq.
Norveçli biznesmen Marten Borq ilə birlikdə futbolçu "Chess Mates" şirkətini yaradıb. Bu şirkət Norveç Şahmat Assosiasiyasının əsas səhmdarlarından biri olacaq.
“Şahmat möhtəşəm oyunudur. Zəkayı inkişaf etdirir və futbolla bənzərlikləri var. Sürətli düşünmək, intuisiyaya güvənmək və bir neçə addım qabağı görmək lazımdır.
Norveç Şahmatına investisiya qoyuram, çünki inanıram ki, Total Dünya Şahmat Çempionatında şahmatı bütün dünyada daha populyar idman növünə çevirə bilər. Norway Chess komandası tədbiri inkişaf etdirmək üçün möhtəşəm iş görüb və bu layihəyə qoşulmaq fürsətini əldən vermək olmazdı,” – Holand FİDE-yə açıqlamasında deyib.
Total Dünya Şahmat Çempionatı turu il ərzində dörd fərqli şəhərdə keçirilən dörd turnirdən ibarət olacaq. Turnir üç fənn üzrə - klassik şahmat, sürətli şahmat və blits üzrə vahid dünya çempionunu müəyyən edəcək. Bu yarışlar FİDE tərəfindən ən azı 16 il müddətinə təsdiqlənir.
Turnirin mükafat fondunun ən azı 2,7 milyon dollar olduğu bildirilir. Turnirin pilot versiyası 2026-cı ilin payızında keçiriləcək, tam mövsüm isə 2027-ci ildə başlayacaq.