- Offside
- 21:13 21.03.2026
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin "Bursa Böyükşəhər Bələdiyyəspor" (Türkiyə) - PAOK (Yunanıstan) görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Sözügedən oyun martın 22-də Bursa şəhərinin "Nilüfər Bələdiyyə" İdman Ki buompleksində keçiriləcək.
Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.