- Offside
- 17:18 23.11.2024
Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
Corner.az-ın məlumatına görə, 90 kq-dan yuxarı çəkidə yer alan 17 yaşlı idmançı misirli Ahmed Abdelsamiya və belaruslu Nikita Starovoytovu ipponla yendikdən sonra 1/4 finalda rusiyalı Nodar Onoprienkoya uduzub. Bakıdakı Yeniyetmələrin Yay Olimpiya Festivalının qalibi olmuş cüdoçu təsəlliverici görüşdə moldovalı Alin Baqrinə 95 saniyəyə ipponla qalib gəlib. Onun 3-cü yer uğrunda görüşdə rəqibi yaponiyalı Mitsuki Suqavara olacaq.
70 kq-dan yuxarı çəkidəki qadın cüdoçu Nərmin Əmirli isə ilk görüşündə ABŞ təmsilçisi Nataliya Stanoyeviçi üstələsə də, 1/8 finalda qırğızıstanlı Şaxida Narmuxamedovaya uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatının əvvəlki yarış günlərində Azərbaycan cüdoçularından Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medal qazanıb.