- Offside
- 23:42 21.03.2026
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-ın MLS liqasında debüt edib.
90deqiqe.Az xəbər verir ki, 21 yaşlı hücumçu "Kolambus Kryu"nun V turunda "Toronto" ilə keçirilən səfər görüşündə meydana çıxıb. O, 88-ci dəqiqədə Andre Qomeşi əvəzləyib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Axundzadə qış transfer pəncərəsində "Qarabağ"dan “Kolambus Kryu”ya keçib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.