22 mart 2026. Bazar günü

Azərbaycan cüdoçuları Türingiya Kubokunda 6 medal qazanıb


  • Offside
  • 12:04 22.03.2026
  • Oxunma sayı: 35
Azərbaycan cüdoçuları Türingiya Kubokunda 6 medal qazanıb

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku başa çatıb.

90deqiqe.Az xəbər verir ki, 32-ci dəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Yarışda Sunay Salamova (40 kiloqram) qızıl, Zəhra Quliyeva (40 kiloqram) gümüş, Pərvin Sevxanlı (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Məsumə Məmmədli (70 kiloqram) və Zemfira Əliyeva (+70 kiloqram) bürünc medala layiq görülüb.

Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb.







Offside