22 mart 2026. Bazar günü

Voleybol liqasında pley-off və son turların proqramı açıqlandı


  • Offside
  • 13:10 22.03.2026
  • Oxunma sayı: 51
Voleybol liqasında pley-off və son turların proqramı açıqlandı

Qadın voleybolçular arasında Yüksək Liqada pley-off mərhələsinin, kişilərin yarışında isə son turların oyun proqramı müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, qadınların mübarizəsində pley-off mərhələsinə martın 27-də start veriləcək. 1/4 final və yarımfinal qarşılaşmaları ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki görüşün nəticəsinə əsasən qələbələrin sayı bərabər olarsa, yarımfinala yüksələn komanda “qızıl set” vasitəsilə müəyyənləşəcək.

Bürünc və qızıl medal uğrunda oyunlar isə bir qarşılaşmadan ibarət olacaq.

Kişi voleybolçuların yarışında XIX və XX turun oyunları martın 26-da və 30-da keçiriləcək. 20 turun yekununa əsasən ilk dörd yeri tutacaq komandalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.

Yarımfinal oyunları da ev və səfər prinsipi ilə təşkil olunacaq. Bu mərhələdə də bərabərlik qeydə alınarsa, qalib “qızıl set”də müəyyənləşəcək. Medal uğrunda oyunlar isə bir matçdan ibarət olacaq.

Qadınlar

Pley-off mərhələsi

27 mart

1/4 final, ilk oyunlar

15:00. "Murov Az Terminal" – "Turan"

17:00. "Azərreyl" – "DH Volley"

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)

28 mart

1/4 final, ilk oyunlar

15:00. "Abşeron" – "Milli Aviasiya Akademiyası"

17:00. UNEC – "Gəncə"

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)

2 aprel

1/4 final, cavab oyunları

16:00. "Turan" – "Murov Az Terminal"

(Tovuz Olimpiya İdmam Kompleksi)

18:00. "DH Volley" – "Azərreyl"

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)

3 aprel

1/4 final, cavab oyunları

16:00. "Milli Aviasiya Akademiyası" – "Abşeron"

18:00. "Gəncə" – UNEC

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)

Kişilər

Müntəzəm mövsümün son turları

26 mart

XIX tur

15:00. "Gənclər" – "Murov Az Terminal"

(Abşeron Olimpiya İdman Kompleksi)

16:00. "Azərreyl" – "Ordu"

18:00. "Xilasedici" – "Neftçi"

(Fövqəladə Hallar Nazirliyinin idman zalı)

30 mart

XX tur (son tur)

14:00. "Ordu" – "Gənclər"

16:00. "Neftçi" – "Azərreyl"

18:00. "Murov Az Terminal" – "Xilasedici"

(Fövqəladə Hallar Nazirliyinin idman zalı)

Qeyd edək ki, qadınlarda pley-off mərhələsi, kişilərdə isə müntəzəm mövsümün son turları çempionatın həlledici mərhələsinə aydınlıq gətirəcək.







Offside