- Offside
- 15:00 22.03.2026
Qarışıq döyüş növləri üzrə ən nüfuzlu təşkilatlardan birinin prezidenti Dana Uayt rusiyalı döyüşçü Movsar Yevloyevin britaniyalı Leron Mörfi üzərində qələbəsi ilə bağlı hakim qərarına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, funksioner hakimlərin qərarının düzgünlüyünə şübhə ilə yanaşanların olub-olmaması barədə suala belə cavab verib:
“Xeyr, düşünmürəm ki, burada hər hansı fikir ayrılığı ola bilər”.
Qeyd edək ki, döyüş martın 21-dən 22-nə keçən gecə Londonda keçirilən turnirdə baş tutub. Qarşılaşma beş raund davam edib və hakimlərin səs çoxluğu ilə Yevloyevin qələbəsi ilə yekunlaşıb.
Beləliklə, rusiyalı döyüşçü yarım yüngül çəki dərəcəsində qələbə seriyasını doqquz döyüşə çatdırıb.