- Offside
- 23:52 22.03.2026
ABŞ çempionatının 5-ci turu çərçivəsində keçirilən qarşılaşmada "Nyu-York Siti" ilə "İnter Mayami" üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, görüş Nyu-York şəhərində yerləşən "Yanki" stadionunda baş tutub. Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesab oyunun 4-cü dəqiqəsində açılıb. Qonaq komandanın müdafiəçisi Qonsalo Luxan fərqlənib. 17-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Nikolas Fernandes tarazlığı bərpa edib.
İkinci hissədə, 59-cu dəqiqədə "Nyu-York Siti" komandasının üzvü Aqustin Oxeda hesabda önə keçib. Lakin cəmi iki dəqiqə sonra "İnter Mayami"nin kapitanı Lionel Messi yenidən bərabərliyi təmin edib. Qarşılaşmada son nöqtəni 74-cü dəqiqədə Mikael dos Santos Silva qoyaraq komandasına qələbə qazandırıb.
Beş turdan sonra "İnter Mayami" 10 xalla Şərq konfransında 3-cü pillədə qərarlaşıb. "Nyu-York Siti" də eyni xala malikdir və əlavə göstəricilərə əsasən 2-ci sırada yer alır.