24 mart 2026. Çərşənbə axşamı

Azərbaycan üzgüçüləri Gürcüstanda uğurla çıxış edib


  • Offside
  • 14:11 24.03.2026
  • Oxunma sayı: 42
Azərbaycan üzgüçüləri Gürcüstanda uğurla çıxış edib

Gürcüstanda keçirilən üzgüçülük üzrə Kutaisi Açıq Yaz Kubokunda Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

90deqiqe.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Yarışda Süleyman İsmayılzadə ümumi kateqoriyada, Fərhad Şirməmmədli isə 2010-cu il təvəllüdlü və daha kiçik yaş qrupunda ən yaxşı nəticə göstərərək kuboklara layiq görülüblər. Mehri Əbdurəhmanlı 50 metr arxasıüstə üzmə növündə ölkə rekordunu yeniləyib. Süleyman İsmayılzadə isə 400 metr sərbəst üsulda yeni Azərbaycan rekorduna imza atıb.

Anastasiya Qnusina 7 qızıl və 4 gümüş, Fərhad Şirməmmədli 3 qızıl, 4 gümüş və 1 bürünc, Süleyman İsmayılzadə 3 qızıl, 1 gümüş və 1 bürünc, Mehri Əbdurəhmanlı 2 qızıl, 4 gümüş və 1 bürünc, Safiya Səmədova 2 qızıl, 3 gümüş və 1 bürünc, Mehdi Muxtarlı 1 qızıl, 1 gümüş və 1 bürünc, Yusif Sofiyev 2 gümüş və 4 bürünc, Arif Tapdıqov isə 1 bürünc medal əldə ediblər.







Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"