- Offside
- 15:13 24.03.2026
Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo üzrə yığması Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Hazırlıq prosesinə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edir.
Təlim düşərgəsinə ümumilikdə 18 cüdoçu cəlb olunub. Komanda aprelin 4–5-də Gəncədə təşkil olunacaq yeniyetmələr arasında Avropa Kubokuna hazırlıq keçir.
Qeyd edək ki, martın 26-da başa çatacaq təlim-məşq toplanışında 14 ölkədən 400-ə yaxın idmançı yer alıb.