- Offside
- 21:38 24.03.2026
“Mançester Siti”nin futbolçusu Erlinq Holann nadir kitab alıb.
90deqiqe.Az-ın məlumatına görə, norveçli ulduz bunun üçün təxminən 116 min avro xərcləyib.
Söhbət 1594-cü ildə nəşr olunmuş, vikinqlərin hekayələrini əks etdirən nadir nüsxədən gedir. Kitab hərrac vasitəsilə əldə olunub və əvvəllər yalnız şəxsi kolleksiyada olan yeganə tam nüsxə hesab olunur.
Futbolçu kitabı özündə saxlamaq niyyətində deyil. Holann onu böyüdüyü "Time" icmasına hədiyyə edəcək. O bildirib ki, oxumağı çox sevməsə də, istəyir ki, kitab hər kəs üçün əlçatan olsun.
Bundan əlavə, Holann uşaqlar və gənclər üçün bu hədiyyəyə uyğun müsabiqə təşkil etməyi planlaşdırır.