9 may 2026. Şənbə

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarına təyinat aldı


  • Offside
  • 16:00 25.03.2026
  • Oxunma sayı: 173
Azərbaycanlı hakim Avropa çempionatının oyunlarına təyinat aldı

Azərbaycanlı hakim Kəmalə Əsgərova beynəlxalq təyinat alıb.

90deqiqe.Az-ın Azərbaycan Voleybol Federasiyasına istinadən məlumatına görə, o, Avropa Voleybol Konfederasiyası tərəfindən voleybol üzrə 18 yaşadək oğlanlar arasında Avropa çempionatının ikinci təsnifat mərhələsinin oyunlarını idarə edəcək.

Hakim C qrupunun qarşılaşmalarında ədaləti qoruyacaq. Sözügedən qrupun oyunları martın 26–28-də Serbiyada keçiriləcək. Turnirdə ev sahibi ilə yanaşı, Avstriya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar.







Offside

"Xorladığımı bilmirəm"
  • Offside
  • 22:33 08.05.2026
"Xorladığımı bilmirəm"