26 mart 2026. Cümə axşamı

Bakıda kamandan oxatma üzrə Bakı Kuboku keçiriləcək


  • Offside
  • 13:15 26.03.2026
  • Oxunma sayı: 41
Bakıda kamandan oxatma üzrə Bakı Kuboku keçiriləcək

Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi aprelin 2-5-i tarixlərində keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, yarış Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan İdman Akademiyasının stadionunda baş tutacaq.

Turnirin proqramına görə, aprelin 2-də iştirakçılar üçün rəsmi sınaq atışları və məşqlər təşkil olunacaq. Aprelin 3 və 4-də isə yarışın əsas mərhələləri keçiriləcək.

Qaliblər aprelin 5-də müəyyənləşəcək. U-15 kateqoriyası üzrə idmançılar 40 metr, böyüklər kateqoriyası üzrə isə 70 metr məsafədən hədəfə atışlar yerinə yetirəcəklər.

Yarışın nəticələri Olimpiya sistemi üzrə hesablanacaq. İlk üç yeri tutan idmançılar Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılacaqlar.







Offside