26 mart 2026. Cümə axşamı

Asiya Kubokunun püşkü təhlükəsizlik səbəbindən təxirə salınıb


  • Offside
  • 13:33 26.03.2026
  • Oxunma sayı: 30
Asiya Kubokunun püşkü təhlükəsizlik səbəbindən təxirə salınıb

2027-ci ildə təşkil olunacaq Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası məlumat yayıb.

Püşkatma mərasimi aprelin 11-də Ər-Riyad şəhərində keçirilməli idi. Lakin təhlükəsizlik səbəbindən tədbirin vaxtı dəyişdirilib.

Bildirilib ki, yeni tarixlə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Asiya Kubokunun final mərhələsinin 7 yanvar – 5 fevral tarixlərində Səudiyyə Ərəbistanı ərazisində keçirilməsi planlaşdırılır. Regionda yaranmış gərginlik səbəbindən daha əvvəl Asiya Çempionlar Liqasının bəzi oyunları da təxirə salınmışdı.







Offside