- Offside
- 20:51 26.03.2026
SSRİ millisinin sabiq voleybolçusu, ikiqat olimpiya çempionu Roza Salihova vəfat edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyası rəsmi məlumat yayıb.
Keçmiş idmançı 81 yaşında həyatını itirib.
Qeyd edək ki, Roza Salihova karyerası ərzində böyük uğurlara imza atıb. O, 1968 və 1972-ci illərdə Olimpiya Oyunlarının qalibi olub. Bundan başqa, voleybolçu 1967 və 1971-ci illərdə Avropa çempionu, 1970-ci ildə isə dünya çempionu adını qazanıb.