- Offside
- 22:39 26.03.2026
24 qat “Böyük dəbilqə” turnirlərinin qalibi, dünya reytinqində üçüncü pillədə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç karyerasında yenidən yaşamaq istədiyi anlardan danışıb.
90deqiqe.Az xəbər verir ki, "Vanity Fair" Cokoviçin dediklərini belə çatdırıb.
“Belə anlar çoxdur – həm karyeramda, həm də şəxsi həyatımda. Toyumu və övladlarımın dünyaya gəlməsini yenidən yaşamaq istərdim. Peşəkar baxımdan isə ölkəm üçün Parisdə keçirilən Olimpiya Oyunlarında qazandığım qələbəni bir daha hiss etmək istəyərdim. Amma digər uğurlarım da var ki, sanki zaman daxilində ‘dondurulmuş’ kimi yadda qalıb”, – deyə Cokoviç bildirib.
Qeyd edək ki, Cokoviç karyerasında ilk dəfə 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında çempion olub. O, finalda ispaniyalı Karlos Alkarası 7:6 (7:3), 7:6 (7:2) hesabı ilə məğlub edib.