27 mart 2026. Cümə

Yannik Sinner Mayamidə yarımfinala yüksəldi


  • Offside
  • 22:39 26.03.2026
  • Oxunma sayı: 52
Yannik Sinner Mayamidə yarımfinala yüksəldi

Dördqat “Böyük Dəbilqə” qalibi, dünya reytinqində ikinci pillədə qərarlaşan italiyalı tennisçi Yannik Sinner ABŞ-ın Mayami şəhərində keçirilən “Masters” seriyalı turnirdə yarımfinala yüksəlib.

90deqiqe.Az xəbər verir ki,o, 1/4 final mərhələsində amerikalı Frensis Tiafo ilə üz-üzə gəlib. Görüş Sinnerin 6:2, 6:2 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşma 1 saat 12 dəqiqə davam edib. 

Yarımfinalda Sinner Almaniya təmsilçisi Alexander Zverev ilə argentinalı Fransisko Serundolo arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 9,4 milyon ABŞ dollarından artıqdır.







Offside