- Offside
- 14:32 27.03.2026
Azərbaycan güləşçisi Sabir Cəfərov antidopinq qaydalarını pozduğuna görə sanksiyaya məruz qalıb.
AMADA-dan 90deqiqe.Az-a bildirilib ki, idmançının analiz nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerləri aşkar olunub. Sənəddə eyni zamanda idmançı tərəfindən qadağan olunmuş maddədən və ya qadağan edilmiş üsuldan istifadə cəhdinin olduğu da qeyd edilib.
Qərara əsasən, Sabir Cəfərov 48 ay müddətinə diskvalifikasiya olunub. Sanksiyanın icrasına 1 sentyabr 2025-ci il tarixindən başlanılıb və 31 avqust 2029-cu il tarixinədək qüvvədə olacaq.