29 mart 2026. Bazar günü

Hüseyn Novruzov “Türkiye Open”də qızıl medal qazanıb


  • Offside
  • 14:22 28.03.2026
  • Oxunma sayı: 31
Hüseyn Novruzov “Türkiye Open”də qızıl medal qazanıb

Pumse üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Novruzov Türkiyənin Antalya şəhərində keçirilən taekvondo üzrə “Türkiye Open” beynəlxalq turnirində uğurla çıxış edib.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

İdmançı freestyle proqramında parlaq performans sərgiləyərək qızıl medal qazanıb. O, yarış zamanı yüksək pumse texnikası və mürəkkəb akrobatik elementləri ilə seçilərək güclü rəqiblərini geridə qoymağı bacarıb.

Qeyd edək ki, bu nəticə Azərbaycan taekvondo tarixində böyüklər arasında rəsmi yarışda pumse üzrə qazanılan ilk qızıl medal kimi tarixə düşüb.

 







Offside