29 mart 2026. Bazar günü

AFFA liqalarında oyunlar təxirə salındı


  • Offside
  • 20:23 28.03.2026
  • Oxunma sayı: 35
AFFA liqalarında oyunlar təxirə salındı

AFFA-nın bayrağı altında təşkil edilən aşağı yaş qrupları üzrə liqalarda həftəsonuna planlaşdırılan oyunlar təxirə salınıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qurumun rəsmi saytından verilən məlumata görə, U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında keçirilməsi nəzərdə tutulan qarşılaşmalar qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar baş tutmayacaq.

Qeyd edək ki, daha əvvəl U-15, U-16, U-17 və Gənclər Liqasının bu həftəsonuna planlaşdırılan oyunlarının da təxirə salındığı açıqlanmışdı.







Offside