29 mart 2026. Bazar günü

“Bu mənim üçün çox şey deməkdir”


  • Offside
  • 23:55 28.03.2026
  • Oxunma sayı: 70
“Bu mənim üçün çox şey deməkdir”

Dördqat “Böyük Dəbilqə” turnirləri çempionu, dünya reytinqində ikinci pillədə qərarlaşan italiyalı tennisçi Yannik Sinner Mayamidə keçirilən “Masters” turnirində finala yüksəlməsindən sonra paylaşım edib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli tennisçi yenidən finala çıxmağın onun üçün çox şey ifadə etdiyini bildirib.

 “İrəli! Mayamidə yenidən finala çıxmaq mənim üçün çox şey ifadə edir”, – deyə Sinner sosial şəbəkə hesabında yazıb.

Yarımfinal mərhələsində italiyalı tennisçi almaniyalı rəqibi Alexander Zverev üzərində 6:3, 7:6 (7:4) hesabı ilə qələbə qazanıb.

Turnirin qalibi adı uğrunda Yannik Sinner çexiyalı tennisçi Jiri Leheçka ilə mübarizə aparacaq.

Qeyd edək ki, Mayami “Masters” turniri martın 19-dan 29-dək keçirilir. Yarışın son qalibi çexiyalı tennisçi Yakub Mensík olub. O, bu il turnirdə mübarizəni üçüncü mərhələdə amerikalı Frances Tiafoe ilə oyunda (6:7 (4:7), 6:4, 6:7 (11:13)) başa vurub.







Offside