29 mart 2026. Bazar günü

Azərbaycan güləşçiləri Estoniyada 5 medal qazanıb


  • Offside
  • 23:59 28.03.2026
  • Oxunma sayı: 33
Azərbaycan güləşçiləri Estoniyada 5 medal qazanıb

Azərbaycan güləşçiləri Estoniyada yeniyetmələr arasında keçirilən “Tallin Open” turnirində uğurlu çıxış edərək 5 medal qazanıblar.

90deqiqe.Az xəbər verir ki, 41 ölkənin iştirak etdiyi ənənəvi yarışda U-17 milli komandasının böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi mübarizə aparıb. Onlardan 5-i fəxri kürsüyə qalxıb.

Fatimə Bayramova (53 kq) bütün 7 görüşdə qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayeva (69 kq) gümüş, Xədicə Qurbanzadə (49 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, komandamız yarışdan sonra Tallində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. U-17 Avropa çempionatı öncəsi son hazırlıq Bakıda keçiriləcək.







Offside