29 mart 2026. Bazar günü

Rumıniya millisinin baş məşqçisi xəstəxanalıq oldu


  • Offside
  • 16:51 29.03.2026
  • Oxunma sayı: 39
Rumıniya millisinin baş məşqçisi xəstəxanalıq oldu

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku xəstəxanaya yerləşdirilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səhhəti pisləşən mütəxəssis paytaxtdakı xəstəxanaya aparılıb.

Qeyd olunub ki, hazırda məşqçinin vəziyyəti stabildir. Mövcud tibbi protokollara uyğun olaraq və mümkün riskləri istisna etmək üçün Mirça Luçesku hərtərəfli müayinə və ixtisaslaşdırılmış tibbi nəzarətə cəlb olunub.

Portuqaliyanın “A Bola” nəşrinin məlumatına görə, 80 yaşlı mütəxəssis Slovakiya millisinə qarşı keçiriləcək yoldaşlıq oyunu ərəfəsində son məşqdən əvvəl texniki müşavirə zamanı huşunu itirib. Nəşr onun ürəktutması keçirmiş ola biləcəyini yazıb.







Offside