31 mart 2026. Çərşənbə axşamı

Bolqarıstan futbolunun əfsanəsi vəfat etdi


  • Offside
  • 14:47 31.03.2026
  • Oxunma sayı: 30
Bolqarıstan futbolunun əfsanəsi vəfat etdi

Bolqarıstan Futbol İttifaqının sabiq prezidenti və milli komandanın keçmiş qapıçısı Borislav Mixaylov vəfat edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb. Bildirilib ki, 63 yaşlı sabiq futbolçu ötən ilin noyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Borislav Mixaylov karyerası ərzində üç dəfə Bolqarıstan çempionu olub, həmçinin ölkə kubokunu üç dəfə qazanıb. O, 1983–1996-cı illərdə milli komandanın formasını geyinib.

Qeyd edək ki, 102 oyunla ölkə tarixində ən çox milli forma geyinən ikinci futbolçu kimi yadda qalan Mixaylov 1994-cü il dünya çempionatında Bolqarıstan millisinin əsas qapıçısı olub. Həmin turnirdə komanda yarımfinala qədər irəliləyib.







Offside