- Offside
- 22:27 31.03.2026
İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann nadir avtomobil alıb.
90deqiqe.Az "English Accent"ə istinadən xəbər verir ki, futbolçu 400 min funt sterlinq dəyərində olan "Mercedes" markalı avtomobili əldə edib ki, bu da təxminən 459 min avroya bərabərdir.
Avtomobil "Maybach Virgil Abloh"un məhdud buraxılış versiyasındandır. Dünyada yalnız 150 belə nəfis avtomobil istehsal edilib. Nadir avtomobil qara-qızılı rəng sxemindədir və onun yaradılmasında artıq vəfat etmiş Vircil Ablo iştirak edib.
Cari mövsümdə Holann “Mançester Siti” üçün bütün rəsmi yarışlarda 43 oyunda 30 qol vurub və 7 məhsuldar ötürmə edib. Yayda onun milli komandası Şimali Amerikada keçiriləcək dünya çempionatında mübarizə aparacaq.