- Offside
- 16:16 01.04.2026
AFFA bir neçə klub barədə sərt qərar qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qurumun İntizam Komitəsinin iclasında U-11 və U-12 liqalarında çıxış edən üç komandanın yarışlardan kənarlaşdırılması ilə bağlı qərar verilib. Belə ki, U-12 Liqasında “Pambıqçı”, U-11 Liqasında isə “Məhsul” və “Zəfər” klubları təyin olunan vaxtda meydanda olmadıqları üçün hərəsinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu halın üçüncü dəfə təkrarlanması səbəbindən adıçəkilən komandalar yarışlardan uzaqlaşdırılıb.
Bundan əlavə, U-14 Liqasında keçirilməli olan “İnter” – “Qaradağ Lökbatan” qarşılaşması təşkilati çatışmazlıqlar üzündən baş tutmayıb. “İnter” tərəfinin oyun protokolunu və həkimi təmin etməməsi səbəbindən Bakı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni zamanda, Region Liqasında “Beyləqan” komandası “Şəfəq”lə oyuna çıxmadığı üçün qarşılaşma baş tutmayıb. Nəticədə bu komandaya da 0:3 hesablı texniki məğlubiyyət tətbiq olunub.