- Offside
- 20:00 02.04.2026
Azərbaycanın üçqat Avropa çempionu Rauf Məmmədov Almaniyanın Karlsrue şəhərində keçiriləcək nüfuzlu “Grenke” beynəlxalq şahmat festivalında iştirak edəcək.
Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ənənəvi yarış aprelin 2-dən 6-dək təşkil olunacaq. Turnirdə dünyanın ən güclü şahmatçıları mübarizə aparacaqlar.
Qeyd edək ki, festivalda dünya çempionu, FIDE reytinq cədvəlinin lideri Maqnus Karlsen də iştirak edəcək.
“Grenke” şahmat festivalı hər il dünyanın aparıcı qrossmeysterlərini bir araya gətirən ən prestijli turnirlərdən biri hesab olunur.