2 aprel 2026. Cümə axşamı

Lion meri Olimpiya yarışlarını şəhərinə gətirmək istəyir


  • Offside
  • 16:35 02.04.2026
  • Oxunma sayı: 17
Lion meri Olimpiya yarışlarını şəhərinə gətirmək istəyir

Lion meri Qreqori Duse 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarının bəzi yarışlarının şəhərində keçirilməsini təklif edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə L’Equipe nəşri məlumat yayıb.

Məlumata görə, Lion meri əvvəlcə Nitsada keçirilməsi planlaşdırılan buz üzərində yarışların öz şəhərlərində təşkili ideyası ilə çıxış edib. O, bu təklifi Lion metropoliyasının rəhbəri Veronik Sarçelli ilə müzakirə edib.

Tərəflərin buz növlərinin Lionda keçirilməsi üçün birgə təşəbbüs irəli sürərək bu ideyanı fəal şəkildə təşviq etmək niyyətində olduqları bildirilir.

Qeyd edək ki, 2030-cu il Qış Olimpiya Oyunlarının Fransız Alp dağlarında 1–17 fevral tarixlərində, Qış Paralimpiya Oyunlarının isə 1–10 mart tarixlərində keçirilməsi planlaşdırılır.







Offside