6 aprel 2026. Bazar ertəsi

“Neftçi” futbolçuları Autizm Günü ilə bağlı tədbirə qatılıblar


  • Offside
  • 18:03 02.04.2026
  • Oxunma sayı: 144
“Neftçi” futbolçuları Autizm Günü ilə bağlı tədbirə qatılıblar

2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, tədbir çərçivəsində futbolçular Emil Balayev, Edvin Kuç və Alessio Kurçi autizmli gənclərin və əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə fəaliyyət göstərən “Kashalata Cafe”də olublar.

Komanda üzvləri burada çalışan gənclərin fəaliyyəti ilə tanış olub, onlarla söhbət ediblər. Görüşün sonunda gənclərə xatirə hədiyyələri təqdim olunub.







Offside