- Offside
- 00:04 06.04.2026
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunları keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, baş tutan qarşılaşmalardan sonra yarımfinala yüksələn iki komanda müəyyənləşib. Doğma meydanda “Murov Az Terminal”ı qəbul edən “Turan” Tovuz Olimpiya İdman Kompleksində 3:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Eyni hesab “DH Volley” – “Azərreyl” matçında da qeydə alınıb. Rəqibini məğlub edən “DH Volley” yarımfinala vəsiqə qazanan digər komanda olub.
Qeyd edək ki, “Turan” və “DH Volley” ilk oyunlarda da 3:0 hesablı qələbə qazanmışdılar.
Xatırladaq ki, 1/4 final mərhələsinin digər oyunları aprelin 3-də keçiriləcək.