- Offside
- 22:06 03.04.2026
Misli Premyer Liqasında çıxış edən klubların xərclərinin böyük hissəsi əməkhaqqı və transferlərə yönəldilir.
90deqiqe.Az-ın məlumatına görə, klubların xərclərinin 60,33 faizi əməkhaqqılar, 3,99 faizi agent və transferlər təşkil edir.
Sair xərclərin bölüşdürülməsi belədir: təlim-məşq və ezamiyyət xərcləri 4,65%, gənclər sektoru 4,97%, icarə xərcləri 2,98%, maliyyə xərcləri 0,42%. Oyunların keçirilməsi 2,16%, idman formaları 1,53%, təmir-tikinti 1,91%, qeyri-maddi aktivlərin amortizasiyası 2,65%, reklam-marketinq 1,23% təşkil edir.
Bundan əlavə, əsas vəsaitlərin amortizasiyası 0,93%, üzvlük haqqı və cərimələr 0,8%, tibb xərcləri 1,10%, təsərrüfat və kommunal xərclər 0,54%, nəqliyyat 0,82%, audit və maliyyə-konsaltinq 0,48%, mal-material xərcləri 0,1%, rabitə 0,07%, sığorta 0,05%, qadın futbolu 0,19% və vergi xərcləri 0,25% təşkil edir.
Hesabat, klubların maliyyə strukturunun şəffaf və ətraflı təhlilini təqdim edir.