3 aprel 2026. Cümə

Minifutbol çempionatında üçüncü yerin sahibi bəlli oldu


  • Offside
  • 20:22 03.04.2026
  • Oxunma sayı: 45
Minifutbol çempionatında üçüncü yerin sahibi bəlli oldu

Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, bürünc medal uğrunda oyunda "Aznur" "Sumqayıt" komandası ilə qarşılaşıb. Bakı Tennis Akademiyasında baş tutan matçda "Aznur" 6:4 hesabı ilə qalib gəlib.

Çempionatın final görüşü bu gün eyni arenada keçiriləcək. Həlledici matçda "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gələcəklər.







Offside