3 aprel 2026. Cümə

Qadın voleybolunda yarımfinal iştirakçıları müəyyənləşdi


  • Offside
  • 21:13 03.04.2026
  • Oxunma sayı: 47
Qadın voleybolunda yarımfinal iştirakçıları müəyyənləşdi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, günün ilk matçında "Milli Aviasiya Akademiyası" komandası "Abşeron" üzərində 3:1 (25:18, 18:25, 25:19, 25:18) hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqəni təmin edib. İlk duel də 3:2 hesabı ilə "Milli Aviasiya Akademiyası"nın üstünlüyü ilə tamamlanmışdı.

Günün ikinci görüşündə "Gəncə" komandası UNEC-i 3:2 (23:25, 25:22, 25:22, 20:25, 15:9) məğlub edərək yarımfinala yüksəlib. İlk matçda da "Gəncə" qələbə qazanmışdı - 3:2.

Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. Daha əvvəl "Turan" və "DH Volley" komandaları yarımfinala vəsiqə qazanmışdı.







Offside