- Offside
- 22:06 03.04.2026
Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinin ilk günü başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan yarışda gənclər və böyüklər yaş kateqoriyasındakı gimnastlar fərdi proqramda top və halqa ilə, qrup hərəkətləri proqramında isə 5 top ilə çıxış ediblər.
Ölkəmizi Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli təmsil edirlər.
İlk günün təsnifat mərhələsində halqa ilə proqramda Gövhər İbrahimova və Kamilla Seyidzadə, top ilə proqramda isə Kamilla Seyidzadə, Fidan Qurbanlı və Azadə Atakişiyeva finala yüksəliblər.
Turnirdə 15 ölkədən gimnastlar mübarizə aparır və yarış aprelin 5-də yekunlaşacaq.