3 aprel 2026. Cümə

Böyük İpək Yolu beynəlxalq turnirində Azərbaycan boksçuları 1/4 finala yüksəldi


  • Offside
  • 21:37 03.04.2026
  • Oxunma sayı: 44
Böyük İpək Yolu beynəlxalq turnirində Azərbaycan boksçuları 1/4 finala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir.

90deqiqe.Az-ın məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha 4 boksçusu qələbə qazanıb.

60 kq-da Ümid Rüstəmov Conni Daleni (Avstraliya) məğlub edib. Boksçumuz 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Məhəmmədəli Aşırəliyevlə (Azərbaycan) üz-üzə gələcək.  

Bu çəkidə Məhəmmədəli Qasımzadə komanda yoldaşı Həsən Həsənlidən güclü olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü 1/4 finalda Kaya Tolqanı (Türkiyə) sınağa çəkəcək.

Tayfur Əliyev də turnirə qələbə ilə başlayıb. Təmsilçimiz 1/8 finalda komanda yoldaşı Elbrus Adıgözəlovu üstələyib – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşündə Mouates Beçeqra (Əlcəzair) ilə döyüşəcək.

Səbuhi Əlizadə (+90 kq) isə Errahim Maqtanı (Əlcəzair) mübarizədən kənarlaşdırıb. Boksçumuz 3:2 (29:28, 29:28, 28:29, 30:27, 27:30) hesabı ilə qələbə qazanmaqla yarımfinala yüksəlib və özü üçün azı bürünc medalı təmin edib. Əlizadə finala gedən yolda Aleksandr Şau (Avstraliya) ilə münasibətinə aydınlıq gətirəcək.  

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq.







Offside