3 aprel 2026. Cümə

51 idmançı 70 metr məsafədə bacarıqlarını nümayiş etdirdi


  • Offside
  • 21:45 03.04.2026
  • Oxunma sayı: 38
51 idmançı 70 metr məsafədə bacarıqlarını nümayiş etdirdi

Bakıda keçirilən Kamandan Oxatma üzrə Bakı Şəhər Kubokunun I mərhələsi uğurla start götürüb.

90deqiqe.Az-ın məlumatına görə, rəsmi açılışdan dərhal sonra turnirin ilk təsnifat mərhələsi başlayıb. Ümumilikdə 51 idmançının iştirak etdiyi yarışda böyüklər (kişi və qadın) kateqoriyası üzrə idmançılar 70 metr məsafədən gərgin mübarizə aparıblar.

İdmançılar 4 sessiya ərzində hər biri 36 ox olmaqla toplam 144 ox ataraq bacarıqlarını nümayiş etdiriblər. Təsnifat mərhələsi növbəti yarış turlarının iştirakçılarını müəyyən edib.

Sabah yarışlarda daha həyəcanlı və gərgin anlar gözlənilir. Günü ərzində böyüklər kateqoriyasında 1/16, 1/8, 1/4 və 1/2 final mərhələləri keçiriləcək, eləcə də U15 kateqoriyası üzrə təsnifat mərhələləri baş tutacaq.







Offside